Hansı bank etibarlıdır? - SORĞU
Ru
13:56 / 22 Oktyabr 2024

Neft Emalı Zavodunda yanğın söndürüldü- VİDEO

1023
Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda baş verən yanğın söndürülüb.

Bakupost.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumat yayıb.

Məlumata görə, paytaxtın Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***

12.21

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda yanğın baş verməsi barədə məlumat daxil olub.

Bakupost.az xəbər verir ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar