Hansı bank etibarlıdır? - SORĞU
Ru
20:18 / 19 Oktyabr 2024

"Neftçi" ilk qələbəsini "Səbail" üzərində qazandı

558
Misli Premyer Liqasında 10-cu turun oyunları davam edir.

Bakupost.az xəbər verir ki, bu gün turun daha 2 matçı keçirilib.

Həmçinin oxuyun: “Araz-Naxçıvan” "Şamaxı”ya qalib gəldi

Günün ikinci oyununda “Neftçi” öz meydanında “Səbail”i qəbul edib. Matç "ağ-qaralar"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, "Neftçi" turnir cədvəlində 8 xalla 7-ci, "Səbail" isə 7 xalla 8-ci yerdədir.

Qeyd edək ki, bu, "Neftçi"nin hazırkı mövsümdə ilk qələbəsi və Samir Abasovun baş məşqçi postuna qayıdışından sonra ilk matçıdır.

Misli Premyer Liqası
10-cu tur
19 oktyabr (şənbə)
18:00. “Neftçi” - “Səbail” - 3:1

Qol: Ramil Şeydayev, 45+3 (1:0), Dembo Darbo, 58 (2:0), 67 (3:0), Samir Abdullayev, 90+4 (3:1)
Qırmızı vərəqə: Edvin Kuç, 81
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Rəhman İmami, Tural Qurbanov
VAR: Əliyar Ağayev
“Neftçi Arena”
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar