Hansı bank etibarlıdır? - SORĞU
Ru
15:28 / 12 Noyabr 2024

Neft ucuzlaşsa, nə baş verəcək? - ŞƏRH

1628

“Donald Trampın yenidən ABŞ prezidenti seçilməsini Azərbaycana təsiri neftin qiymətində ola bilər. Çünki ölkəmizdə məzənnə inzibati qaydada tənzimlənir. Dünya bazarında dolların qalxmasının və yaxud da enməsinin Azərbaycan manatına birbaşa təsiri yoxdur. Amma neftin qiyməti düşərsə, bu yöndə hökumət və Mərkəzi Bank bir müddətdən sonra müəyyən addımlar ata bilər”.

Bunu Bakupost.az -a iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, bu proseslər Azərbaycanda dolların məzənnəsinə birbaşa təsir göstərməyəcək. Hazırda dolların Azərbaycanda ucuzlaşmasını, yəni manatın devalvasiyasını şərtləndirən hər hansı ciddi faktorlar yoxdur:

“Amma müəyyən təzyiqlər nəticəsində neftin qiymətinin dünya bazarında aşağı olması istiqamətli siyasət həyata keçirilə bilər. Belə olduğu təqdirdə neftin qiymətinin ucuzlaşması Azərbaycan manatı üçün yeni arzuolunmayan inkişaf senarilərinə yol aça bilər”.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar