Ru
13:22 / 15 Yanvar 2025

Nəriman Həsənzadə əməliyyat olundu - YENİLƏNDİ

Nəriman Həsənzadə əməliyyat olundu - YENİLƏNDİ
1372


Xalq şairi Nəriman Həsənzadə əməliyyat olunub.


Bakupost.az xəbər verir ki, Bakı Sağlamlıq Mərkəzinin (BSM) Xarici əlaqələr və marketinq şöbəsinin şöbə müdiri Günay Kazımova bildirib ki, 94 yaşlı Nəriman Həsənzadə 12 yanvar axşam saatlarında Mərkəzə müraciət edib.

“Tətbiq olunan ablasiya proseduru əsnasında öz ürək ritminin olmadığı aşkarlanıb və qısa müddətli kardiopulmonar resusitasiya (KPR) icra olunub. Ürək ritminin izlənməməsi səbəbindən pasiyentə müvəqqəti stimulator taxılıb və müvəqqəti stimulator sonrasında eyni seansda daimi stimulyator implantasiyası proseduru icra olunub. Pasiyent bir neçə saatlıq reanimasiya müşayətinin ardından intensiv palataya keçirilib”, - şöbə müdiri qeyd edib.


Onun sözlərinə görə, kardiologiya və kardiocərrahiyyə məsələləri üzrə kordinatoru, həkim kardioloq Fərid Əliyev tərəfindən əməliyyat olunan Nəriman Həsənzadənin vəziyyəti yaxşıdır və yaxın günlərdə evə buraxılacaq.

***

Xalq şairi Nəriman Həsənzadə ürəyində yaranan narahatlıqla əlaqədar xəstəxanaya yerləşdirilib.


Bakupost.az xəbər verir ki, bu barədə Xalq şairinin köməkçisi bildirib.

O qeyd edib ki, hazırda Xalq şairinin vəziyyəti yaxşıdır, müalicəsi davam edir.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar