Bəlli olduğu kimi, hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi 29-cu "Tərəflərin Konfransı (COP)" noyabrın 11-dən 24-dək Bakıda keçiriləcək. Yəqin bilməmiş deyilsiniz, COP29 iqlim fəaliyyətini sürətləndirməyə, yaxşılaşdırmağa hesablanmış mühüm bir layihədir. Tədbirin əhəmiyyətini nəzərə alan Azərbaycan BMT-nin İqlim Dəyişikliyi Konfransı və ya COP29-a xüsusi həssaslıqla hazırlaşır.
Nəsimi rayon Mənzil Kommunal İstismar Sahəsi də “sağ olsun”, bu hazırlığa öz "töhfə"sini əsirgəmir. Necə deyərlər, "od olmasa, tüstüsü çıxmaz". İndi MKİS-ın bu "töhfəsi"nin də tüsütüsü çıxmağa, bütün şəhəri bürüməyə başlayıb. Ərazidəki mənzillərin balkonuna çıxmaq olmir. Tüstü adamı kor edir.
Belə ki, MKİS işçiləri ərazidəki zibilləri yük maşınına yığıb aparmaqdansa, problemin həllinin "asan yolu"nu tapıblar. Səhərin gözü açılmamış od vurub zibilləri yandırıblar. Deyirəm, birdən sabah COP29-dan bir nəfər gəlib şəhərin mərkəzindəki bu mənzərəni görsə, nə fikirləşər? Məşhur filmdəki kimi deməzmi,“sizin eqalogiyanız budur”?
Zaur, BakuPost
Bu icra bashcisi ve komandasin coxdan deyishmek vaxti catib