Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yenidən özəl həyatı ilə gündəmə gəlib.
Bakupost.az Axşam.az-a istinadən xəbər verir ki, aktrisanın həmkarı Pamir Pekinlə eşq yaşadığını iddia edilib. Belə ki, "Sandık kokusu" serialında rol alan cütlük çəkiliş meydançasında həddindən artıq birgə vaxt keçirməsi ilə diqqət çəkib. Bu da onlar barəsində eşq şayiələrinin yaranmasına səbəb olub.
Tərəflər məsələ ilə bağlı hələlik açıqlama verməyib.
Qeyd edək ki, Nəsrinlə Pamir sözügedən serialda iki aşiqi canlandırır. Ekran işi 50-ci bölümdə final edəcək.
Nəsrin daha əvvəl aktyor Gökhan Alkanla nişanlı olub. Onlar ayrılıblar. Nəsrin son paylaşımlarında həyatında birinin olduğuna işarə edib.