Ru
19:10 / 05 Oktyabr 2024

Nəşriyyatların kitab alışı ilə bağlı təklifi qəbul olundu

712
Azərbaycan nəşriyyatlarının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin kitab alışının dayandırılması qərarına etirazı müsbət nəticə verib.

Bakupost.az xəbər verir ki, bu barədə “Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu bildirib.

"Səsimiz eşidildi, kitabxanalara üçün kitab alışı müsbət həll oldu.
Bu gün Bakı Ekspo Mərkəzində naşriyyatlarla Mədəniyyət Nazirliyinin nümayəndələri arasında görüş baş tutdu. Görüş zamanı nazirlik nümayəndələri kitab alışı prosesində müəyyən texniki məsələlərə görə ləngimə olduğunu və məsələlərin tezliklə həll olunacağını bildirdilər.
Göstərilən operativlik və dəstək üçün hər kəsə təşəkkür edirik. Hər kəsi 10-cu Bakı Beynəlxalq Kitab Sərgisinə dəvət edirik", - deyə Ş.Xuduoğlu bildirib.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar