Ru
21:45 / 28 Sentyabr 2024

Nəsrullahın ölümü: Moskva "siyasi qətldir", Bayden "ədalətlidir" deyir

549
ABŞ prezidenti Co Bayden "Hizbullah" lideri Həsən Nəsrullahın İsrailin hücumu zamanı öldürülməsini “ədalət tədbiri” hesab edib.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Bayden "Həsən Nəsrullah və onun rəhbərlik etdiyi “Hizbullah” terror qruplaşmasının qırx illik terror zamanı yüzlərlə amerikalının qətlinə görə məsuliyyət daşıdığını" bildirib.

"Onun İsrailin hava hücumu nəticəsində həlak olması minlərlə amerikalı, israilli və livanlı mülki vətəndaşlar da daxil olmaqla çoxsaylı qurbanlar üçün ədalət tədbiridir”, - Amerika lideri vurğulayıb.

Bayden bildirib ki, Birləşmiş Ştatlar İsrailin "Hizbullah", Həmas, Husilər və İranın dəstəyi ilə fəaliyyət göstərən hər hansı digər terror qruplarına qarşı özünü müdafiə etmək hüququnu tam dəstəkləyir”.

Eyni zamanda Bayden bəyan edir ki, Birləşmiş Ştatlar “diplomatik vasitələrlə Qəzza və Livandakı münaqişələri azaltmağa” sadiqdir.

Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən bəyanatda isə deyilir ki, İsrail Livan "Hizbullah"ının lideri Həsən Nəsrullahı siyasi səbəblərə görə öldürüb. Moskva bu addımı pisləyib və İsraili "bölgədə siyasi və diplomatik nizamlanmaya şərait yaratmaq üçün dərhal hərbi əməliyyatları dayandırmağa" çağırıb.

Zaur, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar