Hansı bank etibarlıdır? - SORĞU
Ru
15:15 / 30 Oktyabr 2024

Netanyahu təşvişdə: Oğlunun toyunu təxirə saldı

539
İsrailin baş naziri Benyamin Netanyahu kiçik oğlu Avnerin noyabrın sonuna planlaşdırılan toyunu təxirə salmaq istəyir.

Bakupost.az xəbər verir ki, bu barədə “Kan” dövlət teleradio şirkəti məlumat yayıb.

Qeyd olunur ki, bu, təhlükəsizlik təhdidləri, o cümlədən dron hücumları riski ilə bağlıdır. Toy əvvəlcə noyabrın 26-da Təl-Əvivin şimalındakı Ronit Farm-da keçirilməli idi. Lakin indi Netanyahu qonaqları yersiz riskə məruz qoymamaq üçün toyu təxirə salıb.

Oktyabrın 28-də "Kan" İsrail Nazirlər Kabinetinin iclaslarının təhlükəsizlik səbəbi ilə gizli yerdə keçirildiyinibildirdi. İndisə Netanyahu uzun tətildən sonra bu həftə işə başlayan Knessetin (parlament) iclaslarının başqa yerdə keşirilməsinin zəruriliyi barədə də danışıb. "Kan"ın məlumatına görə, baş nazirin ən böyük narahatlığı pilotsuz təyyarələrin hücumu təhlükəsidir.

Xatırladaq ki, oktyabrın 19-da səhər tezdən Netanyahunun Təl-Əviv və Hayfa arasında yerləşən dənizkənarı Qeysəriyyə qəsəbəsindəki iqamətgahı Livandan buraxılan pilotsuz uçuş aparatlarının hücuma məruz qalıb. Onlardan ikisi tutulub, biri evə dəyərək Netanyahunun yataq otağının pəncərəsini zədələyib. Baş nazirin özü və xanımı həmin an evdə olmayıb. Hadisədən dərhal sonra Netanyahu “İran agentlərini” onu və həyat yoldaşını öldürməyə cəhddə ittiham edib. Livanın Hizbullah şiə təşkilatı hücuma görə "tam və müstəsna məsuliyyəti" üzərinə götürüb.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar