Ru
22:29 / 06 Noyabr 2024

Netanyahu Trampla İranı müzakirə etdi

Netanyahu Trampla İranı müzakirə etdi
Eye

İsrailin baş naziri Benyamin Netanyahu Donald Trampa zəng edərək onu seçkilərdə qələbəsi münasibətilə təbrik edib.

Bakupost.az xəbər verir ki, bu barədə “Times of Israel” Netanyahunun ofisinə istinadən bildirib.

Netanyahunun ofisi onun Trampa zəng edən ilk liderlərdən biri olduğunu, söhbətin “isti və səmimi” keçdiyini bildirib.

"Baş nazir Trampı seçkilərdəki qələbəsi münasibətilə təbrik edib və onlar İsrailin təhlükəsizliyini təmin etmək üçün birgə işləmək barədə razılığa gəliblər. Onlar həmçinin İran təhlükəsini də müzakirə ediblər", - İsrail baş nazirinin dəftərxanası bildirib.

Söhbət 20 dəqiqəyə yaxın davam edib.

Bundan əvvəl Netanyahu sosial şəbəkədə paylaşım edərək, ABŞ-ın keçmiş prezidentini vəzifəsinə qayıtması münasibətilə təbrik edib.

Zaur, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar