Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahu və sabiq müdafiə naziri Yoav Qallantın həbsinə order verib.
Bakupost.az xəbər verir ki, bu barədə Beynəlxalq Cinayət Məhkəməsinin saytında məlumat verilib.
Beynəlxalq Cinayət Məhkəməsi "Qəzza zolağında müharibə cinayətləri ilə əlaqədar" hər iki şəxsin həbsinə order verib.