"İran tarixin ən böyük ballistik raket hucumunu etdi, cavabı veriləcək"
İsrailin İranın raket hücumuna cavab vermək hüququ, məsuliyyəti var və bunu etmək niyyətindədir.
Bakupost.az xəbər verir ki, bunu Yəhudi Dövlətinin Baş naziri Benyamin Netanyahu televiziya ilə xalqa müraciətində deyib.
“İran tarixin ən böyük ballistik raket hücumunu edib, iki dəfə bizim ərazimizə və şəhərlərimizə yüzlərlə raket atıb. Dünyanın heç bir ölkəsi öz şəhərləri və vətəndaşlarına belə bir hücuma dözməz, İsrail də dözməyəcək. İsrailin özünü müdafiə etmək və bu hücumlara cavab vermək hüququ və məsuliyyəti var və bu, ediləcək”, - İsrail baş naziri vurğulayıb.
Zaur, BakuPost