Ru
17:04 / 09 Aprel 2025

Netanyahunun ABŞ səfəri: Bu dəfə əliboş döndü

Netanyahunun ABŞ səfəri: Bu dəfə əliboş döndü
Eye

“İsrail Baş naziri Benjamin Netanyahu ABŞ Prezidenti Donald Tramp ilə ticarət rüsumları və İran məsələsində müsbət nəticələr əldə etməyi gözləyirdi, lakin heç bir irəliləyiş əldə etmədi”.

Bakupost.az xəbər verir ki, bu barədə CNN-nin yayımladığı materialda qeyd olunur.

Bildirilir ki, görüş ABŞ-nin İsrail məhsullarına tətbiq etdiyi 17%-lik rüsumu müzakirə etmək məqsədilə təşkil edilib. İsrail bu rüsumları aradan qaldırmaq üçün ABŞ məhsullarına tətbiq etdiyi vergini sıfıra endirib. Lakin Tramp bununla bağlı heç bir dəyişiklik təklif etməyib.

O, İsrailin ABŞ-dən illik 4 milyard dollar yardım aldığını qeyd etsə də, rüsumların azaldılmasına dair heç bir razılaşma əldə olunmayıb. Tramp ABŞ və İran arasında yeni nüvə razılaşması üzrə danışıqların başlanacağını açıqlayıb.
Məqalədə vurğulanır ki, bütün bunların nəticəsində Netanyahu iqtisadi və diplomatik mövzularda heç bir konkret nəticə əldə etmədən İsrailə qayıdıb.

Rəsmayə Yusifova,BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar