Ru
20:05 / 01 İyul 2024

"Nəvələrimin atalarına ehtiyacı var" - Qarabağ əlili Elçin Quliyevə müraciət etdi

3010
2-ci qrup Qarabağ müharibəsi əlili Mübariz Xudaverdiyev Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevə müraciət edib.

Bakupost.az -a daxil olan müraciətdə o, müharibə əlili olmaqla yanaşı yüksək dərəcəli şəkər xəstəsi olduğunu vurğulayır.

M.Xudaverdiyevin sözlərinə görə, onun bir qardaşı da müharibə zamanı itkin düşüb və onun taleyindən bu günə qədər xəbər yoxdur:
"Hazırda Pirallahı rayonunda 186 saylı tam orta məktəbdə müəllim kimi işləyirəm. Övladım Bəhrəmzadə Bəhram Mübariz oğlu Sərhəd Qoşunlarının N saylı hərbi hissəsinin Çevik Hərəkat bölüyünün qrup komandiri vəzifəsində qüsürsüz xidmət edir. İki azyaşlı (8 və 2 yaş) uşaq atasıdır. Uşaqların hər ikisi həkim nəzarətindədir. Böýük uşaq 2023-cü ildə ağciyərdən iki dəfə ağır əməliyyat keçirib. Kiçik uşaq isə autizim diaqnozu ilə hazırda Bakıda xəstəxanada müalicə alır".

M.Xudaverdiyev qeyd edir ki, nəvələrinin valideyn qayğısına ehtiyacları var:

"Mən özüm də xəstə olduğum üçün nəvələrimə qayğı göstərməkdə çətinlik çəkirəm. Sizə müraciət etməkdə məqsədim uşaqları daim nəzarətdə saxlamaq üçün övladım Bəhram Bəhramzadənın təyinatının yaxın ərazilərdən birinə verilməsinə köməklik göstərməyinizdir. Əvvəlcədən ailəmiz adından sizə təşəkkür edirəm".

Zaur, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər