Niderlandda Yeni il gecəsi yanğınlar, vandalizm, zorakılıq və atəşfəşanlıq qəzaları da daxil olmaqla bir sıra hadisələrlə yadda qalıb.
Bakupost.az xəbər verir ki, bu barədə ölkədə polisi məlumat yayıb.
Niderland polisi bildirib ki, ümumilikdə ən azı 200 nəfər saxlanılıb.
“Bir çox yerlərdə bayram axşamı olması lazım olanlar olmadı. Bu gecə yenidən dağıntı və zorakılıq gecəsinə çevrildi” – polis rəisi Jenny Knoll məlumat verib.
Rəis deyib ki, bayramda təhlükəsiziyi təmin etməyə çalışan polis məmurları da hücuma məruz qalıb.