Ru
09:40 / 16 Dekabr 2024

Nigeriyada qayıq batdı: 20 nəfər həlak oldu

Nigeriyada qayıq batdı: 20 nəfər həlak oldu
Eye

Nigeriyanın Benue ştatında sərnişin daşıyan bir qayıq batıb. Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 20 nəfər həyatını itirib. Benue polisinin sözçüsü Ketrin Anene açıqlamasında ştatın İqatu bölgəsində bazardan qayıdanların minik etdiyi taxta qayığın Benue çayında batdığını bildirib.

Anene qəzanın ardından başlanan axtarış-xilasetmə işləri nəticəsində 20 nəfərin cəsədinin tapıldığını, 11 nəfərin isə xilas edildiyini qeyd edib. Xilas edilənlərin xəstəxanaya çatdırıldığını bildirən Anene, bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

Rəhman Mirzəlizadə, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar