Hansı bank etibarlıdır? - SORĞU
Ru
23:48 / 16 Oktyabr 2024

Nigeriyada yanacaqdaşıyan maşın partladı: 147 ölü, 140 yaralı

2238
Nigeriyanın şimalında yanacaqdaşıyan maşın qəzaya uğrayıb. Yerə axan yanacağı toplamaq üçün hadisə yerinə xeyli insan toplaşıb. Bu zaman baş verən partlayış azı 147 nəfərin həyatına son qoyub.

Bakupost.az xəbər verir ki, bu barədə AFP yerli hakimiyyət orqanlarına istinadən bildirib.

Polisdən bildiriblər ki, yanacaqdaşıyan maşın çərşənbə axşamı axşam saatlarında Jiqava əyalətinin Majiya şəhərində başqa bir avtomobildən yayınmaq üçün yoldan çıxaraq qəzaya uğrayıb. Qəzadan sonra sakinlər sızan yanacağı toplamaq üçün aşmış maşının ətrafına toplaşıb.

Partlayış nəticəsində 147 nəfər həlak olub.

Yerli administrasiyanın sədri Hambali Zarqa ölənlərin sayının arta biləcəyi barədə xəbərdarlıq edib.

O, AFP-ə bildirib ki, onlarla insan "tanınmayacaq dərəcədə yanıb". Onun sözlərinə görə, daha 140 yaralı sakin yaxınlıqdakı xəstəxanalarda müalicə olunur.

Zaur, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar