Hansı bank etibarlıdır? - SORĞU
Ru
20:57 / 26 İyul 2024

"Nitq və eşitmə qabiliyyəti məhdud gənclərlə iş” layihəsinə start verildi

2241
Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Nitq və eşitmə qabiliyyəti məhdud gənclərlə iş” adlı layihənin 2-ci hissəsi Şamaxı rayonunda start götürüb.

Bakupost.az xəbər verir ki, tədbiri təşkilatın sədri və layihə rəhbəri Şamil Sabirzadə açıb. O, tədbirin əhəmiyyətindən danışaraq gənclərə uğurlar diləyib.

Daha sonra təlimçi İlham Mütəllimov gənclərdə sürət və güc qabiliyyəti, eyni zamanda diqqəti yoxlamaq və inkişaf etdirmək üçün komandalararası futbol, kəndir dartma, kisələrdə qaçış, uzununa tullanma, müxtəlif estafetlər topla müxtəlif fənd yarışları keçirib.

Yarış prosesi Səssiz Ünsiyyət-Jest Dilinin inkişafına Dəstək ictimai Birliyinin jest dili mütəxəssisi Könül Quliyeva tərəfindən tərcümə olundu.

Qeyd edək ki, layihənin I hissəsi Bakıda 2 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Xüsusi İnternat Məktəbində təşkil olunmuşdu.

Tədbirə Braziliya Ciu-Citsu Federasiyasının prezidenti, İctimai xadim Aqil Acalov və 3 qat dünya, 4 qat Avropa çempionu, parataekvandoçu Aynur Məmmədova da qatılmışdı. Gənclərlə görüşə gələn idmançılar onlarla motivasiya edici söhbətlər apardılar.

Eyni zamanda psixoloq Günəş Əlizadə “Psixi sağlamlıq və onu qorumağın yolları”, “Sağlam həyat tərzi və sağlam qidalanma”, “Gigiyena qaydalarına riayət” mövzularında təlim keçdi.

Layihə inkluziv olduğu üçün təlimlərdə nitq və eşitmə qabiliyyəti məhdud gənclərlə yanaşı İnternat Məzunlarının Sosial İnteqrasiyası Gənclər İctimai Birliyinin üzvləri də iştirak edirdi.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar