Ru
18:14 / 26 Fevral 2025

Niyazi Mehdi yenidən reanimasiyaya yerləşdirildi

Niyazi Mehdi yenidən reanimasiyaya yerləşdirildi
787

Fəlsəfə elmləri doktoru Niyazi Mehdi bu gün səhər yenidən reanimasiyaya yerləşdirilib.

Bakupost.az xəbər verir ki, bu barədə APA-ya onun oğlu məlumat verib.

O bildirib ki, Niyazi Mehdi bir neçə gün əvvəl vəziyyətinin ağırlaşması səbəbilə yenidən xəstəxanaya yerləşdirilib: "Vəziyyəti pisləşən kimi xəstəxanaya yerləşdirmək qərarına gəldik. Bu gün səhər isə reanimasiya şöbəsinə köçürülüb".


Niyazi Mehdinin sağlamlıq vəziyyəti

Qeyd edək ki, yanvarın 30-u Niyazi Mehdinin vəziyyətinin pisləşməsi ilə əlaqədar ilkin məlumat yayıldı. Ailə üzvləri bildirdi ki, onun ayağında qanqrena başlayıb. Həkimlərin məsləhətləşmələrindən sonra barmağının amputasiya edilməsi qərarı verilib.

Əməliyyatdan sonra isə Niyazi Mehdinin vəziyyəti nisbətən stabilləşdi. Palataya köşürülən alim fevralın 6-ı evə buraxılmışdı

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar