Ru
16:31 / 07 Sentyabr 2024

Nizam Osmanovun vəzifəsi bu generala tapşırıldı

2058
Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsinin icrası kimə tapşırıldığı məlum olub.

Bakupost.az -ın məlumatına görə, bu vəzifənin icrası general-mayor Eldəniz Yəhyayevə həvalə olunub.

Eldəniz Yəhyayev general rütbəsini iki il öncə alıb. O, daha öncə Maddi-Texniki Təminat Baş İdarəsində Arxa Cəbhə İdarəsinin Ərzaq Xidməti rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, bir müddət öncə Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov vəzifəsindən azad edilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar