Ru
10:04 / 19 Dekabr 2024

"Neolit" restoranında yanğının qarşısı alındı - VİDEO/YENİLƏNDİ2

"Neolit" restoranında yanğının qarşısı alındı - VİDEO/YENİLƏNDİ2
Eye

Bakıda obyekt yanır.

Bakupost.az xəbər verir ki, bu barədə FHN-nin Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

********

Bakıda yanğın baş verən obyektin "Neolit" restoranı olduğu müəyyənləşib.

Məlumata görə, yanğın restoranın anbarında baş verib.

Hazırda FHN qüvvələri tərəfindən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

******

Paytaxtın Nizami rayonu, M.Əliyev küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində şadlıq evinin anbar hissəsində baş vermiş yanğının yayılmasının qarşısı alınıb.

Hazırda yanğının söndrülməsi istiqamətində tədbirlər davam etdirilir.





Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar