Bakıda müşahidə olunan güclü külək və yağış bəzi ərazilərdə fəsadlara yol açıb.
Bakupost.az -ın məlumatına görə, paytaxtın Xətai rayonunda küləyin təsirindən ağac aşıb. Hadisə nəticəsində piyadaların hərəkətində müvəqqəti çətinliklər yaranıb.
Ağacın aşması zamanı xəsarət alan olmayıb, hər hansı nəqliyyat vasitəsinə və ya mülki obyektə ziyan dəyməyib.
Həmçinin paytaxtın Yasamal rayonu ərazisində, metronun “Nizami” metro stansiyası yaxınlığında ağac aşıb.
Hadisə nəticəsində avtomobillərin hərəkətində çətinlik yaranıb.