Fiziologiya və ya tibb üzrə “Nobel” mükafatı laureatları məlum olub.
Bakupost.az“Nobelprize.org”a istinadən xəbər verir ki, Victor Ambros və Gary Ruvkun sözügedən sahə üzrə 2024-cü ilin laureatları elan edilib.
Onlar bu mükafata mikroRNT-nin kəşfi və onun transkripsiyadan sonrakı gen tənzimlənməsindəki rolunun öyrənilməsinə görə layiq görülüblər. Viktor Ambors 1953-cü ildə Nyu-Hempşir ştatının Hannover şəhərində anadan olub. MikroRNT-i (miRNT) kəşf edən amerikalı bioloq Massaçusets Universitetinin Tibb Məktəbinin professorudur. Gary Ruvkun isə 1952-ci ildə Kaliforniya ştatının Berkeley şəhərində doğulub. Genetika üzrə professordur. Harvard Tibb Məktəbində çalışır.