2024-cü il Nobel Sülh mükafatı nüvə tərksilahı ilə məşğul olan Yaponiyanın qeyri-hökumət təşkilatı Nihon Hidankyoya verilib.
Bakupost.az xarici mediaya istinadən xəbər verir ki, Nobel Komitəsi mükafatın Yaponiyada yerləşən QHT-yə “şahidlərin ifadələri ilə nüvə silahından bir daha istifadə edilməməsi lazım olduğunu göstərdiyinə görə” verildiyini açıqlayıb.
Bu QHT İkinci Dünya Müharibəsinin son aylarında Yaponiyaya atılan iki atom bombasından sağ çıxanlar tərəfindən yaradılıb.
Cavidan, BakuPost