Ru
13:01 / 29 Mart 2024

Nobelçi alim Azərbaycanda işə düzəldi - FOTO

Nobelçi alim Azərbaycanda işə düzəldi - FOTO
11520

Nobel Mükafatı Laureatı, professor Məhəmməd Yunus Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) rektorunun müşaviri təyin edilib.

Bakupost.az xəbər verir ki, bu barədə UNEC rektoru Ədalət Muradov məlumat paylaşıb.

O, bildirib ki, Muhammad Yunus UNEC rektoruna müraciət edib.

"Müraciətində professor Məhəmməd Yunus UNEC Rektorunun sosial biznes məsələləri üzrə müşaviri kimi UNEC missiyasına töhfə vermək istəyini bildirir. Müraciətini nəzərə alaraq Nobel Mükafatı Laureatı, professor Məhəmməd Yunusu bu gün UNEC Rektorunun müşaviri təyin etdim. UNEC-ə göstərdiyi etimad və dəstəyə görə Nobel Mükafatı Laureatı, professor Məhəmməd Yunusa öz adımdan və UNEC kollektivi adından təşəkkür edirəm", - deyə rektor vurğulayıb.

Qeyd edək ki, Məhəmməd Yunus 1940-cı ildə anadan olub.

Professor Məhəmməd Yunus “Grameen Bankı”nı təsis etdiyinə və mikrokredit və mikromaliyyə konsepsiyalarına öncülük etdiyinə görə Nobel sülh mükafatına layiq görülüb.

Banqladeşli professor ilk dəfə 2016-cı ildə ölkəmizdə olub.




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar