Ru
16:23 / 07 Mart 2025

Növbə yaponlara da çatdı - Tramp daha bir müqaviləni ləğv edir?

Növbə yaponlara da çatdı - Tramp daha bir müqaviləni ləğv edir?
Eye

ABŞ prezidenti Donald Tramp Yaponiya-ABŞ təhlükəsizlik müqaviləsindən narazılığını bildirib.

Bakupost.az xəbər verir ki, bu barədə “Japan Times” məlumat yayıb.

Nəşrin məlumatına görə, Amerika lideri 1960-cı ildə imzalanmış müqavilənin birtərəfli olduğunu bəyan edib?

“Mən Yaponiyanı sevirəm, bizim Yaponiya ilə əla münasibətlərimiz var. Amma onlarla maraqlı bir müqaviləmiz var ki, biz onları qorumalıyıq, amma onlar bizi qorumalı deyil”.

Tramp əlavə edib ki, Yaponiya tərəfi ABŞ-dan iqtisadi qazanc əldə edir.

Bloomberg daha əvvəl yazmışdı ki, ABŞ Ukraynadakı münaqişə həll edildikdən sonra hərbi resurslarını Çinlə qarşıdurmaya yönəldə bilər. Müəlliflər vurğulayırlar ki, Çin “Hind-Sakit Okean bölgəsindəki hərəkətlərinə artan diqqəti” dərhal hiss edə bilər.

Qeyd olunur ki, ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyası Yaponiya və Cənubi Koreya ilə təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirən zaman Pekin artıq ABŞ-ı NATO-nun Sakit okean variantını yaratmağa cəhddə ittiham edib.

Zaur,BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar