Ru
22:57 / 28 Aprel 2025

4 gün qaldı - Müharibə, nüvə silahı...

4 gün qaldı - Müharibə, nüvə silahı...
Eye

Hindistanla Pakistan arasında müharibə növbəti 4 gün ərzində başlaya bilər.

Bakupost.az xəbər verir ki, bu barədə Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif açıqlama verib.

"Samaa TV" telekanalında çıxış edən Xavaca Məhəmməd Asif bildirib ki, region üzərində müharibə buludları toplanır:

"Pakistanla Hindistan arasındakı gərginlik təhlükəli həddə çatıb. İki ölkə arasında müharibə növbəti 2-4 gün ərzində baş verə bilər".

O, əlavə edib ki, silahlı münaqişə zamanı hər iki ölkə nüvə silahından istifadə etməkdən çəkinməlidir.

Aygün, Bakupost.az


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar