Martın 23-də ABŞ və Rusiya Səudiyyə Ərəbistanının Ciddə şəhərində prezidentlər Donald Tramp və Vladimir Putin arasında müzakirələr zamanı əldə olunan razılaşmalara dair danışıqlar aparacaq.
Bakupost.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff açıqlama verib.
O qeyd edib ki, Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və dövlət katibi Marko Rubiodan ibarət ABŞ nümayəndə heyəti bu məqsədlə Səudiyyə Ərəbistanına gedəcək.
Xatırladaq ki, Rusiya və ABŞ nümayəndə heyətləri fevral ayında da Ciddədə görüşmüşdü