“Ermənistanın Azərbaycana qarşı hərbi əməliyyatlar aparacaq nə şəxsi heyəti, nə də güclü hərbi texnikası var. Hindistandan alınan beş-altı artilleriya batareyası ilə müharibə aparılmır. Fransa Ermənistana ölümcül silahlar verməyib. Belə silahları varsa, Ukraynaya verərdi. Ümumiyyətlə, Fransa hərbi güc deyil. Onun Rusiya qarşısında necə aciz olduğu görünür”.
Bu fikirləri
Bakupost.az -a politoloq Məhəmməd Əsədullazadə söyləyib.
O bildirib ki, regional və beynəlxalq siyasi nizam dəyişir:
"Ermənistanı nə Rusiya, nə Qərb dəstəkləyir. Bəli, Ermənistan silahlar alır, orduda islahatlar aparır. Ancaq müharibə aparacaq gücdə deyil. Ermənistan daim təxribatlara əl atır. Bundan sonra da hərbi təxribatları istisna deyil. Ermənistan hakimiyyəti bilir ki, növbəti müharibə Azərbaycanın Zəngəzur dəhlizini açması ilə nəticələnə bilər”.
Sevinc,
BakuPost