Ru
22:19 / 26 Dekabr 2024

Novosibirsk meriyası: Stalinin abidəsi mədəni irsi korlayır

Novosibirsk meriyası: Stalinin abidəsi mədəni irsi korlayır
2346


Rusiyanın Novosibirsk şəhərinin hakimiyyəti İosif Stalinin yeni abidəsinin "Şöhrət abidəsi"nın yerində qoyulmasından imtinanı onun mədəni irsi korlayacağı ilə izah edib.

Bakupost.az xəbər verir ki, bu barədə "Podyem" nəşri məlumat verib.

"Şöhrət abidəsi ərazisində yeni obyektlərin yerləşdirilməsi mədəni irsin mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələblərini pozur", - deyə şəhər icra hakimiyyətinin mədəniyyət, idman və gənclər siyasəti departamentindən bildirilib.

Həmçinin, departamentdə xatırladıblar ki, Stalinin abidəsi artıq Bolşevik küçəsində yerləşən keçmiş Novosibirsk Vilayət Kommunist Partiyası Təşkilatının ərazisində quraşdırılıb.

Sovet liderinin Novosibirskdə daha bir abidəsinin quraşdırılması təşəbbüsü ilə yerli Kommunist Partiyasından olan deputat Roman Yakovlev müraciət edib. Noyabr ayında o, Novosibirsk meriyasının Stalinə abidə ucaldılması təşəbbüsünü təsdiqlədiyini bəyan etmişdi.

Lalə Novruz, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar