Ru
12:40 / 17 Fevral 2025

Novxanıda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlandı - FOTO

Novxanıda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlandı - FOTO
974

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonunun Novxanı kəndində fiziki şəxs Fəxrəddin İsa oğlu Hüseynova məxsus kafedə yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bakupost.az -a verilən məlumata görə, kafedə normativ tələblərin pozulduğu, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı müəyyən edilib, həmçinin mənşəyi məlum olmayan məhsullardan istifadə edildiyi aşkarlanıb.

Faktla bağlı ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati tədbir görülüb.



Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar