Ru
09:21 / 27 İyul 2024

Noyabrda toylara icazə verilməyəcək? - İDDİALARA CAVAB - VİDEO

9785
Noyabr ayında toy etmək istəyənlər azdır. Hətta, əvvəldən verilmiş bəzi sifarişlər ləğv edilir.

Vətəndaşlar son günlər sosial şəbəkələrdə iddia edirlər ki, restoranlar noyabrda, COP-29 zamanı olacaq toy sifarişlərini qəbul etmirlər.

Restoran sahibləri isə toy sifarişlərinin qəbul edilməməsi ilə bağlı məlumatların doğru olmadığını bildirirlər.

Bəzi sahibkarlar isə qeyd edirlər ki, noyabrda toy etmək istəyənlər azdır. Hətta, əvvəlcədən sifariş verən vətəndaşlardan bəziləri sonradan onu ləğv etdirirlər.

Sahibkarlar onu da qeyd etdilər ki, noyabrda olan toylar ləğv edilərsə, digər aylarda yaranan sıxlıq səbəbindən qiymətlərdə 5-10 manat artım ola bilər.

Bakupost.az xəzərxəbər-ə istinadla videomaterialı təqdim edir:


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar