Ru
17:16 / 17 Aprel 2025

Nüşabə Musayevanın lüks maşınına hücum oldu - VİDEO

Nüşabə Musayevanın lüks maşınına hücum oldu - VİDEO
Eye

Müğənni Nüşabə Musayevanın başına iş gəlib.

Bakupost.az xəbər verir ki, onun avtomobilinə tanımadığı şəxs tərəfindən hücum olunub.

Sənətçinin sözlərinə görə, o, yaşadığı binanın həyətində iki lüks avtomobilini qoşa saxlayıb. Kimliyi məlum olmayan şəxs tərəfindən maşınlardan birinə daşla hücum olub.

"Mənə yaxın dura bilməyən şəxs elə avtomobilimə yaxın dura bilər. Şikayət etmək xarakterimdə yoxdur. Demirəm gəlib xərcini ödəsin, sadəcə kimliyini bilmək istəyirəm. Hərəkətinin səbəbini öyrənim. Binadan daş atıla bilməz. Gecə 2-də marketə getmişəm, belə deyildi. Qəsdən olunub, zərbə ilə vurulub. Yaxınlaşıb vurub, daş da içəri düşüb.

Bu həddə düşmən olacağım heç kim yoxdur. Ola bilər emosional insanam, kimsə deyə bilməz ki, pislik etmişəm. Digər "X6" markalı avtomobilimi də yanında saxlamışdım. Yəqin ki, bilməyiblər mənimdir. Sözün varsa, üzümə gəlib de, malımı-mülkümü hədəf alma".




Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar