Rusiya prezidenti Vladimir Putin nüvə hücumu ehtimalı ilə bağlı ciddi mesajlar verib.
Bakupost.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, ölkəsinin ballistik raket hücumuna məruz qalacağı təqdirdə nüvə silahı ilə cavab verməsi üçün yenilənən hərbi doktrinanı təsdiqləyib.
Rusiya dövlət televiziyasının aparıcısı isə nüvə müharibəsi baş verərsə, Kremlin Böyük Britaniyaya "xüsusi diqqət" göstərəcəyi barədə xəbərdarlıq edib. Həmçinin, Baltikyanı ölkələr, Çexiya, Rumıniya, Almaniya və Fransanın mümkün raket hücumlarının ilk hədəfi ola biləcəyi vurğulanıb.
Mirror.co-da yer alan xəbərə görə , aparıcılardan biri xüsusi vurğuyla İngiltərəyə qarşı bu ifadələri işlədib:
"Ənənəvi düşmənimiz Britaniyaya xüsusi diqqət yetirəcəyik. Rusiyanın Şimal Donanmasının əsas qüvvələri bu istiqamətdə fəaliyyət göstərəcək".
Lalə, BakuPost