ABŞ-lı çip istehsalçısı "Nvidia" gəlirini demək olar ki, iki dəfə artırıb.
Bakupost.az xəbər verir ki, şirkətin gəliri süni intellekt çiplərinə olan güclü tələbata görə son 3 ayda 94 faiz artaraq 35,1 milyard dollara çatıb və bazar gözləntilərini üstələyib.
Gəlirini əvvəlki rüblə müqayisədə 17 faiz artıran "Nvidia" keçən ilin eyni dövründə 18,1 milyard dollar gəlir əldə etmişdi.
Bazar gözləntilərinə əsasən, "Nvidia"nın bu dövrdəki gəlirinin 33,2 milyard dollar olacağı proqnozlaşdırılırdı.
Çip istehsalçısı, cari rübə aid gəlir proqnozunu isə 37,5 milyard dollar olaraq açıqlayıb.
"Nvidia"nın 37 sent olan hər səhm üçün mənfəəti bu dövrdə 78 sentə yüksəlib. Şirkətin mənfəəti bazar gözləntilərini üstələyib.
"Nvidia"nın qurucusu və Baş İcraçı Direktoru (CEO) Jensen Huang, maliyyə nəticələrinə dair verdiyi açıqlamada, süni intellekt dövrünün sürətlə davam etdiyini bildirib:
"Ölkələr milli süni intellektlərini və infrastrukturlarını inkişaf etdirməyin vacibliyini anlayıb".
Rəhman Mirzəlizadə, Bakupost