Türkiyəli astronavt Tuva Cihangir Atasever kosmosa uçur.
Bakupost.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ABŞ-nin “Spaceport” (Nyu-Meksiko ştatı) kosmodromundan baş tutan uçuş zamanı onun əynində Türkiyə və Azərbaycan bayraqları olan forma olacaq.
Qeyd edək ki, Cihangirin anası azərbaycanlıdır.
Təxminən saat yarım davam edəcək uçuş 13 müxtəlif elmi təcrübənin gerçəkləşdirilməsi üçnəzərdə tutulub.