Hansı bank etibarlıdır? - SORĞU
Ru
16:32 / 24 İyul 2024

"O mühafizəçinin psixi problemi var" - Onkoloq və psixiatr baltalama olayı haqda - VİDEO

8609
Ötən gün Xalq artisti Ağadadaş Ağayevin Binəqədi rayonu ərazisində yerləşən “MedEra” klinikasının mühafizəçi ilə əlbəyaxa olması gündəmin əsas mövzusuna çevrilib.





Yayılan görüntülərdə əvvəlcə Ağadadaş Ağayevin gözətçiyə tərəf balta atdığı, daha sonra isə mühafizəçi tərəfindən döyüldüyü əks olunub. A.Ağayev tərəfindən atılan balta klinikada xadimə işləyən N.Paşayevanın ayağına xəsarət yetirib.

Hadisə ilə bağlı müzakirələrdə kimi müğənninin, kimi də mühafizəçini müdafiə edir. A.Ağayevi müdfiə edənlərin arqumentlərindən biri müğənninin onkoloji xəstəlikdən əziyyət çəkməsidir. Onların fikrincə, kimya terapiyası alan, ağır stress keçirən müğənni əsəblərinə hakim ola bilməyib.

Bəs, mütəxəssislər necə düşünür?




Məsələ ilə bağlı Bakupost.az –a açıqlama verən onkoloq Afət Cabbarova bildirib ki, Ağadadaş Ağayevin onkoloji xəstə olub-olmamasından xəbərsizdir:

"Lakin ümumi şəkildə deyə bilərəm ki, onkoloji xəstəlikdən əziyyət çəkən pasiyentlərin psixoloji durumu gərgin olur. Çünki ağır müalicə alırlar. İstər-istəməz stressə davamlılıq pozulmuş olur. Adətən, bu insanların psixoloji vəziyyəti qeyri-stabil olur”.





Psixiatr Abdulla Şıxlinski isə bildirib ki, onkoloji xəstələrdə xəstəliyin dövründən asılı olmayaraq, pasiyetlərin psixikasında hər zaman güclü dəyişikliklər olur:

"Elə onkoloji xəstə yoxdur ki, onda dəyişiklik olmasın. Bu dəyişiklik insanda xəstəliyin aşkarlandığı andan başlayır. Onlar çox həssas olurlar. Psixiatriyanın onkopsixiatriya sahəsi var. Bu, somatik, yəni bədən xəstəlikləri zamanı psixikada baş verən dəyişiklikləri öyrənən samata psixiatriyanın bir hissəsidir. və onkoloji xəstələrdə inkişaf edən psixi dəyişiklikləri öyrənir. Əlbəttə, Ağadadaş Ağayevdə onkoloji xəstəlik varsa, onun psixikasında çox güclü dəyişikliklər baş verə bilər. Hətta ola bilər ki, xəstə ümidsiz olduğunu bilir və seriya şəkilində qətllər törədir. Təbabətdə də bu kimi hallar olub. 3-4-cü mərhələdə olan onkoloji xəstələr xəstəliklərini bilərək, kütləvi şəkildə insanları zəhərləyib öldürüblər".
Psixiatr qeyd edib ki, onkopsixiatrik vəziyyətlər, ümumiyyətlə, somatogen psixozlar (bədən xəstəliyi nəticəsində əmələ gəlmiş psixozlar) zamanı pasiyent aqressiv ola, insanlara, həyata nifrət edə, öz davranışlarına nəzarəti itirə bilərlər:

"Bunun səbəbi odur ki, artıq həyatda təhlükəsizlik hissini itirir, ümidsizləşirlər. Ağadadaş Ağayevdə hansı vəziyyət inkişaf edib? Bunu təyin etmək üçün ancaq məhkəmə psixiatrik ekspertiza keçirilməlidir. Əgər buna ehtiyac varsa... Amma onu da deyim ki, videoda mühafizəçi özünü qeyri-adekvat aparır. Əgər tibb müəssisəsinə mühafizəçi qoyublarsa, o bilməlidir ki, oraya ruhi xəstə də, aqressiv şəxs də gələ bilər. O xəstəyə elə münasibət göstərməməlidir. Hadisə yerinə polis çağırılmalı idi. Mühafizəçi o cür davranmalı deyildi. Onun hərəkətini normal qiymətləndirmirəm. Mühafizəçinin özündə də müəyyən psixi problemlər var. Çünki davranışı elə də xoşagələn deyildi. Mühafizəçi bilməlidir ki, bu cür halla qarşılaşa bilər”.






Aygün
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar