Hansı bank etibarlıdır? - SORĞU
Ru
22:54 / 16 Dekabr 2024

"O qədər acı yaşadıb ki..." - Bred Pitt Coli ilə filmə çəkilməyəcək

526
Aktyor Bred Pitt keçmiş həyat yoldaşı Ancelina Coli ilə birlikdə filmə çəkilməkdən imtina edib.

Bakupost.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Bred Pittə yaxın olan bir mənbə bildirib ki, aktyor Ancelina Coli ilə filmə çəkilmək barədə düşünmür. Mənbənin sözlərinə görə, Pitt belə bir təklifi qəbul etməyə qətiyyən razı olmaz.

"Onlar hazırda qatı düşmənlərdir. Buna görə də Bred heç bir məbləğ qarşılığında Anci ilə ekran qarşısında birləşməyi müzakirə etməyəcək. O, Bred Pittə o qədər mənəvi acı yaşadıb ki, hətta yaxın ətrafının onun yanında Colidən danışmasını belə istəmir," - insayder bildirib.

Lalə Novruz, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar