Ru
12:15 / 03 İyul 2024

"O qoldan sonra iliklərimə qədər..." - Demiral "Bozqurd" işarəsindən danışdı - VİDEO

2096
Xəbər verdiyimiz kimi, Avro-2024-ün 1/8 finalında Avstriya ilə görüşdə (2:1) 2 qol vuran Türkiyə millisinin futbolçusu Merih Demiralın "Bozqurd" işarəsi göstərməsi gündəm olub.

Bakupost.az xəbər verir ki, oyun sonrası Türkiyə millisinin oyunçusu bu jesti ilə bağlı açıqlama verib.

“Ağlımda türklüklə bağlı bir qol sevinci var idi, ona görə bunu etdim. Mən türk olduğum üçün fəxr edirəm, ona görə də qoldan sonra bunu iliklərimdə hiss etdim. Etdiyim işdən çox razıyam. Bunu bacardığım üçün şadam”, - deyib.

Qeyd edək ki, Avstriya dövləti ərazisində türklüyün rəmzi hesab edilən bu işarə qadağan edildiyindən Merih qarşı tərəfə bu jesti ilə etirazını nümayiş etdirib.

Almaniya polisinin isə oyun günü türk azarkeşlərə "Bozqurd" işarəsi və "Kurtlar Vadisi"nin "Cendere" mahnısını qadağan etdiyinə dair iddialar var.



Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər