Ru
16:37 / 08 İyul 2024

"O tələb nəzərə alınmasa, sülh sazişinin mənası yoxdur" - Politoloq

1330
“Rəsmi Bakı bəyan edib ki, Ermənistan Konstitusiyasında dəyişiklik edilmədən sülh sazişi imzalanmayacaq. Azərbaycanın tələbləri sülh sazişində mütləq nəzərə alınmalıdır. Qarşı tərəfin rəsmiləri çıxışlarında Bakının şərtlərini qəbul etmədiklərinə eyham vururlar. Ancaq Azərbaycanın mövqeyi qətidir. Ermənistan Konstitusiyası dəyişsə, ən qısa zamanda sülh sazişi bağlana bilər. Görünən odur ki, Ermənistan Azərbaycanın maraqlarını gözardı etməyə çalışırlar”.




Bunu politoloq Fuad Çıraqov Bakupost.az-a bildirib.

Onun sözlərinə görə, Bakı və İrəvan həqiqətən də sülhə yaxındır. Sadəcə, Azərbaycanın tələbləri yerinə yetirilməlidir: “Azərbaycana sonradan problem yaradacaq sülh sazişi lazım deyil. Çünki Ermənistan Konstitusiyası dəyişmədən imzalanan sülh sazişinin bir mənası yoxdur”.


Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar