Ru
14:50 / 02 İyul 2024

"O telekanal məğlubiyyətə düçar olacaq" - Qulu Məhərrəmli

1429
"Onsuz da ermənilər özlərinə lazım olan məsələləri televiziya və kütləvi informasiya vasitələrində ictimailəşdirirlər. Artsax televiziyasının hansısa uğura imza atacağına inanmıram".

Bunu Bakupost.az -a açıqlamasında professor Qulu Məhərrəmli Qarabağ ermənilərinin İrəvanda Artsax TV-nı bərpa etməsi haqda danışarkən deyib.

“İkincisi, hansı missiyayla ortaya çıxacaq? Yenə erməni yalanları başlasa, erməni xalqının əksəriyyətinin nifrət etdiyi ideologiyayla təbliğat aparılsa, təbii ki, daha böyük uğursuzluğa düçar olacaqlar. Mənə elə gəlir ki, bu kanalın açılmasında məqsəd daha çox “biz varıq”, “hələ yaşayırıq”, guya “mübarizə aparırıq”, “özümüzü təsdiq edirik” kimi iddialarla çıxış etməkdir. Müxtəlif icmalar televiziya açırlar, danışırlar, yazırlar, sonra da dağılışıb gedirlər. Televiziya bağlanır və problemlərin də heç biri həll olunmur", - Q.Məhərrəmli deyib.
O qeyd edib ki, əsas məsələ Qarabağ üzərində Azərbaycan hakimiyyətinin bərpa olunmasıdır:

“Bu missiyanı Azərbaycan dövləti həll edib və böyük quruculuq işləri ilə məşğuldur. Ona görə də real əsası olmayan təbliğat heç bir təsir göstərə bilməz. Bu baxımdan Qarabağ separatçılarının bu televiziyasını çox effektsiz, uğursuz və indidən məğlubiyyətə düçar olan bir media platforması kimi qəbul edirəm”.

Xatırladaq ki, Qarabağ ermənilərinin hüquq müdafiəçisi Geqam Stepanyan öz Feysbuk səhifəsində Artsax Televiziyasının kiçik heyətlə fəaliyyətə başladığını bildirib.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər