Ru
16:57 / 28 Sentyabr 2024

Obyektin icarədarı: Yanğına səbəb dəmir sexindəki partlayış olub - YENİLƏNİB

Obyektin icarədarı: Yanğına səbəb dəmir sexindəki partlayış olub - YENİLƏNİB
1889

Hadisə baş verən vaxt ərazidə heç kim olmayıb. Yanğına səbəb dəmir sexindəki partlayış olub.

Bunu obyektin icarədarı Sinan Kartal bildirib.

O qeyd edib ki, yanğın baş verən obyekt anbar və dəmir sexi kimi fəaliyyət göstərib:

"Obyektin arxa tərəfindəki dəmir sexində yaranan partlayış bizim anbara da sıçrayıb. Yanğın təxminin 14:30 radələrində başlayıb. Daha sonra Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri gəldi, lakin tıxaca görə biraz gecikdilər. İçəridə taxta, boya, eləcə də mebellər var idi".

***
Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən mebel və taxta materialları sexindəki yanğın yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Bu barədə Bakupost.az -a FHN-dən məlumat verilib.

Bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***
Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən obyektdə yanğının ətrafa yayılmasının qarşısı alınıb.

Bu barədəBakupost.az -a FHN-dən məlumat verilib.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

"Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə ətrafa yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb. Yanğınla mübarizə tədbirləri davam etdirilir", - deyə məlumatda qeyd olunub.

***
Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində istehsalat müəssisəsi yanır.

Bakupost.az "Report" a istinadla xəbər verir əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə birqadası cəlb olunub.

Yanğınla əlaqədar ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar