Ağdaşda cərrahi əməliyyat keçirmiş qadın vəfat edib.
Bakupost.az xəbər verir ki, Ağdaş rayonu Şəmsabad kənd sakini 1982-ci il təvəllüdlü Şəlalə Bilalova fevralın 17-də cərrahi əməliyyat keçirib.
Ağdaş Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunan qadın fevralın 19-da vəfat edib.
Faktla bağlı araşdırma aparılır.