Çində bir qadın il ərzində altı dəfə işdən bir dəqiqə tez çıxıb və işdən qovulub. Lakin o, işdən çıxarılmasının ədalətsiz olduğunu məhkəmədə sübut edə bildi.
Bakupost.az xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.
Bu ilin əvvəlində Van adlı Quandun sakini Quançjouda yerləşən bir şirkətə qarşı məhkəmə iddiası qaldırıb. O, firmada üç il işləyib və peşəkar reputasiyaya malik olub, lakin keçmiş işəgötürən qəfildən onu işdən çıxarmaq qərarına gəlib.
İnsan resursları meneceri telefonla Vana deyib ki, ofisin kamera görüntüləri onun təyin olunmuş vaxtdan bir dəqiqə əvvəl masasını tərk etdiyini göstərir. Bu, keçən il bir ay ərzində altı dəfə baş verib və dərhal işdən azad olunmaq üçün əsas hesab edilib. Bundan sonra Van şirkəti məhkəməyə verib.
Məhkəmə iclasında bildirilib ki, işəgötürən qadına baş vermiş qanun pozuntuları barədə xəbərdarlıq etməyib və onu qəfil işdən çıxarmaq hüququna malik deyil. Məhkəmə Vanın işdən çıxarılmasının qanunsuz olduğuna qərar verib. Nəticədə Vana təzminat verilib. Lakin məbləğ açıqlanmayıb.
Zaur,BakuPost