Kürdəmir rayonunda 2003-cü il təvəllüdlü Asim sevgi münasibətində olduğu yetkinlik yaşına çatmayan Ləmanla (adlar şərti verilib – red.) cinsi əlaqədə olub.
Bakupost.az -ın Teleqraf-a istinadən əldə etdiyi məlumata görə, Asim Kürdəmir şəhərində valideynlərinin mülkiyyətində olan evdə, özünə aid yataq otağında Ləmanla onun öz razılığı ilə, heç bir zor tətbiq etmədən qeyri-təbii yolla cinsi əlaqədə olub.
Növbəti gün saat 15 radələrində yenidən yaşadığı evin yataq otağında Ləmanla təbii yolla cinsi əlaqədə olub, onun qızlıq pərdəsinin tamlığını pozub. Axırıncı dəfə isə 2024-cü ilin aprel ayının əvvəllərində həmin yerdə onunla cinsi əlaqəyə girib.
İstintaq orqanı tərəfindən Asimin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Asim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, ailəsi ilə Kürdəmir şəhərində aşayır: "Ləmanla təxminən 2023-cü ilin əvvəllərində hazırlıq kursuna gedən zaman küçədə tanış olduq. Həmin vaxtdan mütəmadi olaraq telefonla danışırdıq. Kürdəmir rayonu ərazisində görüşərək söhbət edirdik və beləliklə, biri-birimizə sevgi hisslərimiz yarandı”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 2023-cü ilin noyabr ayında söhbət zamanı Ləmanla evdə heç kim olmayan zaman görüşüb cinsi əlaqədə olmaq barədə razılaşıblar: “Həmin gün saat təxminən 14 radələrində ailə üzvlərim Bakı şəhərində olduğuna görə Ləman ilə görüşdük. Onu evimizə apardım və qeyri-təbii yolla cinsi əlaqədə olduq.
Bunda sonra, növbəti dəfə, saat təxminən 15-16 radələrində yaşadığım evdə heç kim olmadığından Ləman ilə görüşdüm, onu yaşadığım evə apardım. Yataq otağında cinsi əlaqədə olduq, qızlıq pərdəsi pozuldu. Daha sonra Ləman mətbəx otağına keçərək yataq dəstini paltaryuyan maşına atıb yudu. Yataq dəsti yuyulana kimi birlikdə çay içdik. Sonra Ləmanı evlərinə apardım”.
Asim qeyd edib ki, daha sonra Ləmanla mütəmadi telefon əlaqəsi saxlayıb, onunla parkda və küçədə görüşüblər: “Ləmanla vatsapla intim mesajlarla danışmışıq.
Bundan sonra Ləmana bir neçə dəfə cinsi əlaqədə olmağı təklif etsəm də, müxtəlif bəhanələr gətirərək imtina etdi. Sonuncu dəfə telefonda danışarkən yenidən cinsi əlaqədə olmaq barədə razılığa gəldik. 2024-cü ilin aprel ayının əvvəllərində görüşdük, birlikdə idarə etdiyim avtomobillə yaşadığım evə getdik. Evdə yenidən təbii yolla cinsi əlaqədə olduq. Hazırda Ləmanla nişanlanmışam, yetkinlik yaşına çatandan sonra el adəti üzrə toy edərək ailə həyatı quracağıq”.
İş üzrə zərərçəkmiş Ləmanın sözlərinə görə, valideynlərinin nikahları 2022-ci ilin iyun ayında məhkəmə qaydasında ləğv edilib: “Məhkəmənin qərarına əsasən bacılarımla anamın yanında qalmışıq. Hazırda Kürdəmir şəhərində kirayədə yaşayırıq. Birinci sinfə Kürdəmir rayonunun kəndində yerləşən orta məktəbində başlamışam, 3-cü sinfə qədər orada oxumuşam. 3-cü sinfi Kürdəmir şəhərində tam orta məktəbdə, 5-6-cı sinifləri şəhərin digər məktəbdə davam etmişəm. Valideynlərim boşandıqdan sonra başqa məktəbə keçmişəm, hazırda həmin məktəbin 8-ci sinfində oxuyuram.
Bacım Günay və Günel də həmin məktəbdə oxuyurlar. Günay 3-cü sinifdə, Günel isə 6-cı sinifdə təhsil alır. Anam isə Kürdəmir şəhərində ticarət mərkəzində satıcı işləyir”.
Zərərçəkmiş qeyd edib ki, 14 may 2024-cü ildə bacısı Günayı məktəbdən götürmək üçün gedərkən anasının sevgilisi Sənan küçədə maşını onun yanında saxlayıb və “axşam vaxtı küçədə nə gəzirsən” deyə soruşub, ondan maşına oturmasını bildirib: “Ondan çəkindiyimdən maşına oturdum. Sənan maşını məktəbə doğru sürərək bacımı məktəbdən götürdü və evə aparmaq istədi. Həmin vaxtı sevgilim Asim də uzaqdan küçə ilə arxamca gəlirdi.
Mənim maşına mindiyimi görən Asim Sənanın maşınını saxlatdırdı. Sənan aşağı düşüb Asimlə söhbət etməyə başladı. Həmin an maşından aralanıb qaçdım, ərzaq mağazasının qarşısına gələrək orada taksilərdən birinə əyləşdim, evimizə qayıtdım. Evdə anama Sənanın mənim dalınca gəldiyini dedim. Anam da mənə göz-qulaq olmağı Sənana tapşırdığını bildirdi”.
Ləmanın ifadəsinə görə, növbəti gün Daxili İşlər Nazirliyinin 102 mərkəzi zəng xidmətinə zəng edərək Sənanın onu maşına əyləşdirərək aparması barədə məlumat verib: “Daha sonra atam Əsədə zəng edib məni aparmasını xahiş elədim. Atam da gəlib məni apardı.
Asimi valideynlərim boşandıqdan sonra, təxminən 2022-ci ilin iyun aylarında tanımışam. Həmin vaxt repitetor yanına hazırlığa gedəndə Asim məni görüb bəyəndi. Daha sonra “İnstagram” sosial şəbəkəsində yazışdıq. Hazırda aramızda sevgili münasibətləri var, onu sevirəm, o da məni sevir. Asimlə münasibətdən anamın da məlumatı var.
Həmin ərəfələrdə xalam qızı Cəmilə sevgilim Asimə yazaraq guya mənim qız uşağı olmadığımı bildirib, məni ləkələməyə çalışıb. Asim qız uşağı olub-olmadığımı soruşanda ona daha əvvəl heç kimlə cinsi əlaqədə olmadığımı, bəkarətimi qoruduğumu bildirməyimə baxmayaraq mənə tam inanmadı. Asimlə söhbət edən zaman birlikdə cinsi əlaqədə olmaq barədə razılaşdıq”.
Zərərçəkmişin sözlərinə görə, təxminən 2023-cü ildə günorta saatlarında Asimlə görüşəndə onu “Dördyol” adlanan ərazidə yerləşən fərdi yaşayış evinə aparıb: "Görüş zamanı Asim öz razılığımla mənimlə qeyri-təbii yolla cinsi əlaqədə oldu. Bir həftə sonra günorta saatlarında Asimlə görüşərək onların evinə getdik. Evdə yenə heç kim yox idi. Öz razılığımla təbii yolla cinsi əlaqədə olduq. Asim mənim həqiqətən qiz uşağı olduğuma inandı.
Cinsi əlaqədə olmağıma əsas səbəb Asimi inandırmaq idi. Bundan təxminən 1 ay sonra Asimin xalası Nəcibə bizi Kürdəmir rayonunun kəndinə öz evlərinə qonaq çağırdı, Asimlə birlikdə oraya getdim. Qonaqlıqdan çıxdıqdan sonra həmin kənddə Asimin qardaşı Elçinin evinə getdik. Elçin və ailəsinin evdə olmamasından istifadə edərək ikinci dəfə təbii yolla cinsi əlaqədə olduq.
Asim mənə 18 yaşım olanda evlənəcəyimizi bildirdiyinə inanaraq özümü ona təslim etmişəm. Yalnız sevgilim Asimlə cinsi əlaqədə olmuşam”.
Bu cinayət işinə Kürdəmir Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Asimin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il 6 ay sınaq müddəti olmaqla 11 ay 29 gün şərti cəza verilib.