Ru
17:39 / 08 Fevral 2025

“Oğlumun nazir təyin edilməsi xəbərini saytlarda gördüm”

“Oğlumun nazir təyin edilməsi xəbərini saytlarda gördüm”
Eye

“Oğlumun nazir təyin edilməsi xəbərini saytlarda gördüm. Görən kimi zəng edib təbrik etdim. Cənab Prezident İlham Əliyevə təşəkkür edirəm”.

Bakupost.az xəbər verir ki, bu sözləri Teleqraf.az-a açıqlamasında Anar Əliyevin atası, filologiya elmləri doktoru, ədəbiyyatşünas, yazıçı Rəhim Əliyev deyib.

O bildirib ki, oğlunun nazir təyin ediləcəyinə inamı var idi.

“Anar Sahil Babayev nazir olandan sonra nazir müavini təyin edilmişdi. Onlar birlikdə böyük işlər görə bildilər. İnanıram ki, Anar Prezident İlham Əliyevin onlara həvalə etdiyi bu xətti davam etdirəcək. Bu, heç də asan deyil, amma oğluma inamım böyükdür”.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar