Oğuz rayonunda 11 yaşlı qız yelləncəyin ipinə dolanaraq boğulub.
Bakupost.az "Report"a istinadla xəbər verir ki, hadisə bu gün rayonun Yemişənli kəndində baş verib.
Belə ki, kənd sakini, 2013-cü il təvəllüdlü Füruzə Nəbi qızı Qəribova yaşadığı evin həyətində yelləncəkdə yellənərkən onun ipi boğazına dolanıb və 11 yaşlı qız ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.