Hansı bank etibarlıdır? - SORĞU
Ru
23:28 / 25 Oktyabr 2024

Oğuzda maşın 3 yaşlı uşağı və babasını vurub - FOTO

457
Oğuzda baba və azyaşlı nəvəsini maşın vurub.

Bakupost.az -ın APAya istinadən məlumatına görə, hadisə axşam saatlarında Oğuz şəhəri H. Əliyev prospektində baş verib.

Rayonun Calut kənd sakini İsrai Xələfzadə idarə etdiyi “VAZ 21015” markalı avtomobillə rayonun Muxas kənd sakini 1959-cu il təvəllüdlü Etibar Yoməddin oğlu Fərhadov və onun azyaşlı nəvəzi 2021-ci il təvəllüdlü Həsən Elsevər oğlu Fərhadovu vurub.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan E. Fərhadov və H. Fərhadov Oğuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Oğuz RMX-da E. Fərhadova ilkin yardım göstərildikdən sonra müayinə və müalicə olunmaq üçün Qəbələ RMX-a göndərilib.

Azyaşlının xəsarəti yüngül olduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Faktla bağlı Oğuz rayon polis Şöbəsində araşdırma aparılır.

Oğuzda maşın 3 yaşlı uşağı və babasını vurub - FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar