Hansı bank etibarlıdır? - SORĞU
Ru
17:32 / 16 Oktyabr 2024

Okeanariumda "köpək balığı" - Turistlər pulunu geri aldı - FOTO

1553
Çinin «Xiaomeisha Ocean World» adlı nəhəng okeanariumuna dünyada ilk dəfə canlı yox, robot balıq təqdim olunub
.
Bakupost.az xəbər verir ki, turistlər 39 dollar ödəyib, canlı köpək balığını izləmək istəsələr də, arzuları ürəyində qalıb.

Onlar köpək balığı əvəzinə robot görüblər. Bu səbəbdən qəzəblənərək, pullarını geri alıblar.

Mexaniki köpək balığı yenilik olsa da, canlının yerini verməyib.Okeanariumun meneceri bunu belə izah edib ki, əvvəllər həmin köpək balığını canlı alıb sərgiləmək olurdu, indisə bu, qanunla qadağan olunub: "Artıq elan olunduğu üçün qonaqlara imitasiyalı köpək balığı təqdim etmək qərarına gəldik".

İzləyicilər həmçinin akvariumdakı digər balıqların da xəstə və ləkəli olduğunu görüb.

“Əgər diri köpək balığı yoxdursa, robotunu da istəmirik” deyə onlar bilet pullarını geri tələb ediblər.

Aygün Musayeva, BakuPost

 Okeanariumda "köpək balığı" - Turistlər pulunu geri aldı - FOTO
 Okeanariumda "köpək balığı" - Turistlər pulunu geri aldı - FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar