Ru
09:27 / 24 Dekabr 2024

"Old Trafford"a gəmiricilər hücum etdi

"Old Trafford"a gəmiricilər hücum etdi
681

İngiltərənin "Mançester Yunayted" klubunun stadionu gəmiricilərin basqınına məruz qalıb.

Bakupost.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Gəmiricilərin izləri sanitariya müfəttişliyi tərəfindən qida köşklərində aşkarlanıb.

Yoxlamadan sonra "Old Trafford" gigiyena reytinqi olaraq iki ulduz alıb. Klub rəsmiləri artıq zərərvericilərlə mübarizə üzrə tərəfdaşları və yerli şura ilə işləməyə, həmçinin problemin həlli üçün bir sıra tədbirlər həyata keçirməyə başlayıb.

Qeyd edək ki, 2015-ci ildə də "Mançester Yunayted"in stadionu gəmiricilərin basqınına məruz qalmışdı.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar